22 C
Bakı
09 Oktyabr 2026 22:39
Dünya

Mövqelərimiz 30 dəfə atəşə tutuldu

 

Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

“Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub”, – məlumatda bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor

Putin Moskvada eniş edə bilmir

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor