22.6 C
Bakı
29 İyun 2026 08:38
CəmiyyətDünyaMədəniyyətSiyasət

Rusiyada Azərbaycanın mədəni tədbirləri LƏĞV OLUNDU

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiyanın Novosibirsk şəhərində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Novosibirskin “Qlobus” Akademik Gənclər Teatrının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu tamaşalar Rusiyanın “Böyük qastrollar” adlı federal proqramı çərçivəsində planlaşdırılmışdı.

“Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Böyük qastrollar” proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib”, – deyə açıqlamada qeyd olunur.

Ləğv edilən tamaşalar arasında “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” (28 sentyabr) və “Hamlet” (29 sentyabr) var.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Gəyirmək qorxunc xəstəlikdən xəbər verir: 5-7 il ərzində öldürür…

admin

Lukaşenko hansı xəstəliyə tutulduğunu açıqladı – VİDEO

redaktor

Bəşər Əsədin var-dövləti açıqlandı – SİYAHI

redaktor