14 C
Bakı
08 Noyabr 2025 01:30
CəmiyyətDigərDünya

“Telegram”ın qurucusu Fransanı söz azadlığını təqibdə ittiham edir

“Telegram” messencerinin qurucusu Pavel Durov Fransa hakimiyyətini söz azadlığına və texnoloji tərəqqiyə qarşı səlib yürüşündə ittiham edib.

Tacxeber.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

İş adamı bunun Fransaya onilliklər ərzində iqtisadi ziyan vuracağını bildirib. Onun fikrincə, internet şirkətlərinin tənzimlənməsi üzrə aydın qaydalar əvəzinə cinayət işlərindən istifadə investisiyaları qorxudacaq.

Daha əvvəl məlum olub ki, Durov iyulun 10-dan etibarən Fransadan kənara çıxa bilər. Lakin Durovun yollana biləcəyi yerlərin siyahısı məhduddur – ona qohumlarının yaşadığı və “Telegram” ofislərinin yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) getməyə icazə verilir. Onun Fransadan kənarda qalma müddəti də məhduddur – o, Dubayda cəmi 14 gün qala biləcək.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Psixoloq burun əməliyyatı etdirənlərdən danışdı: “Buratino kimi hamının burun ucu dik qalxır, bərbad görünüş yaradır”

redaktor

Bill və Hillari Klintonlar Epştein işi ilə bağlı Konqresə çağrılıblar. ABŞ-da böyük QALMAQAL

admin

Basqalda yeni tikili ilə bağlı açıqlama

redaktor