18 C
Bakı
08 Oktyabr 2026 03:34
DünyaMuharibə

Ukrayna ordusu ayda 200 min dronla təmin olunur.

 

2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlərlə, xüsusən də FPV pilotsuz təyyarələri ilə təmin olunma səviyyəsi yenidən yüksəlib. İndi bu rəqəm artıq ayda təxminən 200 min ədəddir.

 

Bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk nazirliyin sosial şəbəkə səhifəsində məlumat verib.

 

“Hərbçilərimizin döyüş meydanında təminat səviyyəsi keçən ilin yay və payız aylarında olduğundan pis deyil. Başqa bir məsələ də odur ki, pilotsuz sistemləri, xüsusən də FPV pilotsuz təyyarələri götürsək, 2024-cü ilin birinci rübünə orta hesabla ayda 20 minlə başlamışıq, indi bu rəqəm ayda 200 minə yaxındır və getdikcə artır”, – Qavrulyuk bildirib.

 

Onun sözlərinə görə, söhbət təkcə FPV dronlarından deyil, digər pilotsuz sistemlərdən də gedir. Xüsusən hazırda yerüstü pilotsuz sistemlərin tətbiqi ilə bağlı çoxlu iş gedir. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor