15 C
Bakı
05 Oktyabr 2026 10:36
DünyaSiyasət

Putindən İrana TƏKLİF – “Zənginləşdirilmiş uranı götürək, biz isə…”

Rusiya Prezidenti Vladimir Putin İranı uranı yüksək dərəcədə zənginləşdirmədən ABŞ ilə yeni nüvə sazişi bağlamağa çağırıb.

Tacxeber.com xəbər verir ki, bununla bağlı “Axios” öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Putin bu mövqeyini ötən həftə ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla apardığı telefon danışıqları zamanı dilə gətirib.

Kremldən isə bildirilib ki, əgər saziş əldə olunarsa, Moskva İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı götürməyə və əvəzində Tehrana nüvə enerjisi üçün 3,67% zənginləşdirilmiş uran, eləcə də tədqiqat reaktorları və izotop istehsalı üçün az miqdarda 20%-lik uran verməyə hazırdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Müsəlman qardaşları” təhlükəsi

redaktor

Zelenski: Ukrayna FP-9 raketi hazırlayır və Rusiyanın neft emalı zavodlarına zərbələrini ikiqat artıracaq

redaktor

Nələr baş verir?

redaktor