DünyaHadisəKriminalSiyasət

Paris Məhkəməsi Azərbaycan səfirliyinə hücuma edən erməniyə verilən cəzanı sərtləşdirib

Paris Apellyasiya Məhkəməsi Azərbaycan səfirliyinə hücuma görə erməniyə verilən cəzanı sərtləşdirdi

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Fransada Azərbaycanın səfirliyinə hücumda iştirak etmiş erməni “Charjoum” hərəkatının üzvü Loris Tufanyana verilmiş cəzanı sərtləşdirib.

Tufanyan ilkin instansiya məhkəməsinin verdiyi 6 aylıq şərti həbs qərarından fərqli olaraq, artıq 12 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bundan əlavə, məhkəmə ona 5 il müddətinə icazə tələb olunan silahları saxlamaq və daşımaq hüququndan məhrumetmə cəzası da verib.

Eyni zamanda, iş materiallarının təhlilindən sonra məhkəmə Tufanyanı ictimai istifadəyə verilmiş əmlaka qrup halında və ya cinayət ortaqları ilə birgə zərər vurmaqda da təqsirli bilib. Beləliklə, apellyasiya məhkəməsi birinci instansiya ilə müqayisədə cinayət tərkibinin ağırlaşdırıldığını tanıyıb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Ukrayna ilə müharibəyə nə qədər pul xərcləyib – şok rəqəm!

redaktor

Türkiyədə prokurorluq Əkrəm İmamoğluna qarşı yeni ittiham irəli sürüb: casusluq.

admin

Şimali Koreya Yapon dənizinə doğru naməlum raket atıb

redaktor