CəmiyyətHadisə

Gənc azərbaycanlı şair vəfat etdi – FOTO

Şair, Vətən müharibəsi iştirakçısı Həsən Kür (Zeynallı) vəfat edib.

Tacxeber.com bildirir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, iyulun 7-də axşam saatlarında onun beyninə qan sızıb. Şair Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. O, uzun müddət xəstəxanada müalicə olunub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Komediya, keçmiş və həbs: Türkiyədə əslində nə baş verir?

redaktor

Siyasi qisas iddiaları və Tofiq Yaqublunun taleyi

redaktor

Arzum9999-un hökmü niyə cəmiyyətdə suallar doğurur?

redaktor