DünyaHadisəKriminalMaraqlıSiyasət

Bizim bəxtimizə ki, öz nazirini öldürdən bir ölkə ilə qonşuluq düşüb.

Rusiyanın nəqliyyat naziri Roman Starovoyt bu gün evində ölü tapılıb. Adamı səhər Putinin sərəncamıyla işdən çıxarıblar, günorta meyiti tapılıb evində.

Bu indiyə qədərkilərin hamısından fərqli keysdi e. Yəni baş verənin miqyasını, mahiyyətini tam olaraq başa düşürsüz?

Okey e, dünyadakı bütün dövlətlərin bu və ya digər şəkildə kirli alt paltarları olur. Amma bunu dövlət ədəbinə, ərkanına uyğun şəkildə edir hamısı.

Rusiya isə göz önündə vurub öz nazirini öldürür. Heç ört-basdır eləməyə ehtiyac görmədən. Mən eləmişəm, zor eləmişəm, deyərcəsinə.

Ümumiyyətlə bu ölkədə münasibətlər sistemi tamam fərqlidir.

Pox olsun bizim bəxtimizə ki, belə bir ölkə ilə qonşuyuq.

Rusiyayna qonşu olmaq, təxminən, 3 nəfərin başını kəsib 20 il türmə yatmış, hər gün arvad-uşağını döyüb qışqırtısını bütün binaya yayan, evində bir batalyonluq silahı olan bir manyakla qonşu olmaq kimi bir şeydir.

Başa düşdük e, bunlar öz çarları Paveli oğlu Aleksandrın razılığıyla alman general Benninqsenə yastıqla boğdurmuş ölkədir, amma vallah bu qədəri çoxdu e.

Belə bir ölkəynən qonşu olmaq daimi səksəkə içində yaşamaqdır.

İlklin Rüstəmzadə

Tacxeber.com

Oxşar xəbərlər

“Toplum TV işi”: “İstintaq xidməti müqavilələrimi qrant kimi təqdim edib”

admin

İsraildən Xameneiyə XƏBƏRDARLIQ: “Gözlərini göyə qaldır” – FOTO

redaktor

Rusiya MN “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb

redaktor