21 C
Bakı
12 İyul 2025 04:27
DigərDünya

Mark Zukerberq gizli müşavirə zamanı Ağ Evdən qovulub

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən gizli müşavirə zamanı Oval kabinetə qəfil daxil olduqdan sonra ordan çıxarılıb.

Tacxeber.com “Qaynarinfo”-ya istinadən xəbər verir ki, bu barədə NBC telekanalı öz mənbəsinə istinadla məlumat yayıb.

Bildirilir ki, hadisə Trampın ABŞ hərbi rəhbərliyi ilə altıncı nəsil “F-47” qırıcı təyyarəsinin perspektivlərini müzakirə etdiyi zaman baş verib. Zukerberqin bu müzakirə zamanı qəfil Oval kabinetin qapısında peyda olması müşavirədə iştirak edənlərin narahatlığına səbəb olub. Bundan sonra o, otaqdan çıxmağa məcbur edilib.

“Meta” rəhbərinin belə yüksək səviyyəli və məxfi görüşlərə qatılmaq üçün lazımi icazəsi olmadığı üçün bəzi rəsmi şəxslər bu hadisəni təhlükəsizlik baxımından narahatedici hal kimi qiymətləndiriblər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampa növbəti sui-qəsd cəhdi reytinqləri dəyişdi

admin

Kreml: Putin Priqojinin dəfnində iştirak etməyəcək

redaktor

Maska “Bluetooth”la telefona qoşulur, maskanı çıxarmadan rahat danışa bilirsiniz – Azərbaycanlı gəncin Amerikadakı startapı.

admin