“Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdının ölümünün təfərrüatı məlum olub.
Tacxeber.com Teleqraf-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü X.Daşdı Azərbaycanda işləri alınmayandan sonra Türkiyəyə gedib.
Son 3 ildə bu ölkədə yaşayıb və futbol meneceri kimi fəaliyyət göstərib. Lakin orada da çətinliklərlə üzləşib.
Digər məlumata görə, onun Azərbaycanda müxtəlif şəxslərə böyük miqdarda borcu var. O, həm ayrı-ayrı şəxslərə, həm də şirkətlərə borclu olub. X.Daşdının Vətənə gələ bilməməsinin səbəbi də bu borclardır.
Qardaşı Təbriz Daşdı Teleqraf-a açıqlamasında deyib ki, Xanbabanın intiharı onlar üçün gözlənilməz olub: “Onun belə bir hərəkət edəcəyinə inanmazdıq”.
Təbriz Daşdı bildirib ki, qardaşının meyitini Azərbaycana gətirmək istəyirlər, amma buna maddi imkanları yoxdur: “Bununla bağlı müvafiq dövlət qurumlarından yardım istəyirik”.
Qeyd edək ki, Xanbabanın ailəsi Qubanın Bağbanlı kəndində yaşayır. Üç qardaşı və bir bacısı var. Xanbaba həm də ikinci qrup əlildir. O subay idi.
xxx
Keçmiş “Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdı ölü tapılıb.
Tacxeber.com xəbər verir ki, klub prezidentinin Türkiyənin İstanbul şəhərində meyiti aşkarlanıb.
Qeyd edək ki, ötən gün Xanbaba Daşdı özünə aid sosial şəbəkə hesabında intihar edəcəyi ilə bağlı video paylaşıb.