DünyaSiyasət

Vladimir Putin Donald Trampla danışmaq istəmir

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında iyunun 23-də telefon danışığı planlaşdırılmır. Bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Bir gün əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, lazım gələrsə, danışıqlar tez bir zamanda təşkil oluna bilər. Onun sözlərinə görə, hər iki lider şəxsi görüşün vacibliyini başa düşür, lakin bu, diqqətli hazırlıq tələb edir.

Qeyd edək ki, iyunun 14-də Putinlə Tramp arasında ilin əvvəlindən bəri beşinci telefon danışığı baş tutub.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor