22.8 C
Bakı
10 İyun 2026 00:26
DünyaSiyasət

“Tehranı boşaldın, hərəkətə keçirik” – Netanyahu

“Tehranı boşaldın, hərəkətə keçirik”.

Tacxeber.comxəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O, İrana qarşı yeni hücuma işarə edib:

“Tehranın səması nəzarət altındadır. Biz zəfər yolundayıq. Biz iki əsas məqsədimizə nail olmaq ərəfəsindəyik: Nüvə və raket təhlükəsinin aradan qaldırılması”, – deyə baş nazir əlavə edib.

Qeyd edək ki, İsrailin İranın nüvə obyektlərinə qarşı “Yüksələn şir” əməliyyatına başlamasının dördüncü günüdür.

İran Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, indiyədək İsrailin İrana hücumları nəticəsində 224 nəfər həlak olub və ölənlərin 90 faizi mülki şəxslərdir.

İranın İsrailə hücumları nəticəsində azı 24 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyanın şok kəşfiyyat siyasəti – Nahapetyan sirləri açdı

redaktor

Yetirmişlidən Şəngörün zəlzələ proqnozuna sərt reaksiya

redaktor

İrana son xəbərdarlıq: “Hərbi əməliyyat başlaya bilər”

admin