DünyaHadisə

Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT – 900-dən çox gəmi kursunu itirdi

Fars körfəzində və Hörmüz boğazı yaxınlığında baş verən kütləvi naviqasiya pozuntusu nəticəsində 900-dən çox gəmi kursdan çıxıb.

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, balıqçı, yük gəmiləri və neft tankerləri daxil olmaqla yüzlərlə gəminin naviqasiya sistemləri qəfil dayanıb – onlar yalnız radar və kompaslarla hərəkət etməyə məcbur olublar. Bu isə toqquşma riskini artırıb.

Məlumatda qeyd olunur ki, bu hadisə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxta təsadüf edir.

Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bu ərazidə, xüsusilə Bəndər-Abbas limanı yaxınlığında problemi qeydə alıb. Lakin Hörmüz boğazının blokadasına hazırlıq əlaməti aşkarlanmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

redaktor

“Ukrayna faciəsi”nin niyə və necə törədildiyinin şifrələri: Tramp Makronu da diz çökdürdü, ABŞ fantastik sərvətə can atır

admin

12 ildir Niderlandda yaşayıram, İlham Əliyevin yürütdüyü siyasət Avropada doğulmuş qızımın da həyatına təsir edib.

admin