18 C
Bakı
06 Oktyabr 2026 12:07
DünyaSiyasət

Bu ölkələr İsrailə kəşfiyyat məlumatları ötürüb – Pezeşkiandan İTTİHAMLAR

Tacxeber.comxəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında danışıb.

“Vəhşi hücumların qarşısını almaq əvəzinə, biz onların – ABŞ və Avropanın bir sıra ölkələrinin İsrailə necə siyasi dəstək, o cümlədən silah və kəşfiyyat məlumatları verdiyini görürük. Bu gün İsrailin ixtiyarında olan və bizə qarşı istifadə etdiyi təyyarələr, raketlər və silahlar eyni dövlətlər tərəfindən təmin edilib”, – Pezeşkian bildirib.

Pezeşkianın sözlərinə görə, hətta bu məlumatları ABŞ rəsmilərindən biri İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində təsdiqləyib. Adı açıqlanmayan rəsmi şəxs İsrailin ABŞ-ın icazəsi olmadan heç bir hərəkətə qadir olmadığını deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransada nə baş verir….?

redaktor

Yəməndə həlledici əməliyyat: Husilərə qarşı genişmiqyaslı hücum başladı

redaktor

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin