DünyaHadisə

İsrailin İran hücumu: azı altı iranlı nüvə alimi həlak olub

Bu gecə İsrail İran ərazisinə böyük zərbə endirib. İDF-nin hədəflərindən biri Natanz nüvə obyekti olub.

“Nour News” xəbər verir ki, azı altı iranlı nüvə alimi həlak olub: “Abdolhamid Minuchehr, Əhmədrza Zülfikari, Əmirhüseyn Fəxri, Mətləbizadə, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi öldürülüb”, – deyə agentlik məlumat yayıb. Onların adları İranın “elm şəhidləri” siyahısına əlavə olunacaq. “Nour News” xəbər verir ki, İsrailin zərbələri ölkənin elmi-texniki tərəqqini dayandırmaq cəhdi hesab olunacaq.

Qeyd edək ki, İsrailin hava əməliyyatları Bakı vaxtı ilə saat 4:00 radələrində başlayıb. Həlak olanlar arasında iranlı alimlərlə yanaşı, SEPAH komandiri Hüseyn Səlami və Baş Qərargah rəisi Məhəmməd Baqiri də var. ISNA-nın məlumatına görə, dinc əhali arasında 1 nəfər ölüb, 24 nəfər yaralanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

FİFA məşhur aşpazla bağlı araşdırmaya başladı

admin

Ermənilər Azərbaycanla sərhəd hadisələrində yerli hakimiyyəti təqsirkar sayır

redaktor

“Honda” 400 mindən çox avtomobili geri çağırıb

admin