13 C
Bakı
30 Mart 2026 11:48
CəmiyyətDünya

Tramp Hindistana kömək təklif etdi: “Mən onlara başa saldım ki…”

ABŞ “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğraması ilə bağlı Hindistana yardım təklif edib.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

ABŞ lideri qəzanı aviasiya tarixinin ən pis hadisələrindən biri adlandırıb və Vaşinqtonun əlindən gələni etməyə hazır olduğunu deyib .

“Bu, böyük ölkədir, güclü ölkədir, onlar bunun öhdəsindən gələcəklər, əminəm. Mən onlara başa saldım ki, əgər bizim edə biləcəyimiz bir iş varsa, dərhal ora gedəcəyik”, – dövlət başçısı qeyd edib.

Trampın sözlərinə görə, bunun nə ola biləcəyi barədə heç kimin ən kiçik təsəvvürü belə yoxdur. O, həmçinin Hindistana bir neçə məsləhət verdiyini də bildirib.

“Mən dedim ki, bəlkə siz buna bir baxasınız. Biz təyyarəni gördük. Elə bil normal uçurdu. Partlayış baş vermiş kimi görünmürdü. Sadəcə, mühərriklərin gücünü itirdiyi təsiri bağışlayırdı”, – prezident deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şəkərin, babasilin, iltihablanmanın dərmanı olan alaq bitkisi – Əsl zamanıdır…

redaktor

“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan”

redaktor

Rusiya və BƏƏ prezidentlərinin görüşündə Ramzan Kadırovun oğlu iştirak edib

redaktor