“Kinostudiyada hərə özü üçün bir prodakşın açıb alver edir, sevgilisini filmə çəkir”
“Əksər sahələrdə məmur özbaşnalığı baş alıb gedir. Ölkə başçısı nə qədər xalqa yaxındırsa, məmurlar da xalqa, camaata yaxın, əlçatan olmalıdır. Amma əksər sahələrdə bu belə deyil. Məsələn, bir problem olur, onu həll etmək üçün sözün əsl mənasında zülmlərdən keçməlisən. İcra Hakimiyyətinə gedə bilmirsən, gərək gedib qapıda dayanasan, qulağıəzik nəhəng-nəhəng mühafizəçilərin qabağında alçalıb gözləyəsən. Mən də o əxlaqın adamı deyiləm. Heç atamın da qabağında alçalmamışam. Bir şey bilirəm ki, belə olmaz. Bilmirəm nə məsələdir? Kim edir bunu? Niyə edirlər? Hələ gedənin yerinə yaxşısı gəlmir”
Tacxeber.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. O daha sonra 20 yanvar dairəsindəki sıxlıqdan şikayətlənib:
“Həftədə 3 dəfə “Azərbaycanfilm” kinostudiyasına gedirəm. 20 yanvar dairəsindən keçmək mümkün deyil. Orada “talpuçka” açıblar, yolları bağlayıblar. Yol yox, hərəkət yox, girirsən çıxa bilmirsən. Şəhərin ana girəcəyində bu boyda “talpuçka”-nı kim saxlayır, niyə saxlayır? Niyə bunları yığışdırmırlar ki, insanlar rahat gedib-gəlsin, şəhər nəfəs alsın? Kimə nə deyəsən?” deyə sənətkar şikayətlənib.
Xalq artisti bildirib ki, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətsiz qalması onu çox incidir:

