25 C
Bakı
17 Avqust 2026 11:21
Dünya

Zelenski: “Ərazilər haqqında danışıqları mən aparmalıyam”

“Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlarda ərazi məsələlərini müzakirə etmək səlahiyyətinə malik deyil”.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın “Valasz Online” nəşrinə müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, bu mövzunun müzakirəsi ancaq onun vəzifəsidir.

“Nümayəndə heyətimiz humanitar məsələlər – hərbi əsirlər, uşaqların qaytarılması və ya atəşkəs məsələlərini müzakirə etmək üçün mandatlıdır. Lakin onların Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələləri müzakirə etmək səlahiyyəti yoxdur. Ərazilər haqqında danışıqlar aparmaq mənim işimdir”, – deyə o bəyan edib

Zelenski bu mövzuda yalnız Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu vurğulayıb.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Kiyev itirilmiş əraziləri “de-yure” Rusiyanın ərazisi kimi tanımır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiya və Azərbaycanın Rusiya işğalındakı Şimal torpaqları

redaktor

Bir fotonun izi ilə- erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın

redaktor

Avropanın Rusiyanı çökdürmək planı niyə iflasa uğradı?

redaktor