Dini mahnılar oxuyan ilahiyyatçı Taleh Boradigahi Turan Partiyasının sədri Cahandar Bayoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Boradigahi partiya sədrini şəxsinə qarşı böhtan xarakterli çıxışlar etməkdə və yalan məlumatlar yaymaqla işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edib. Şikayətə əsas kimi Bayoğlunun televiziya kanallarının birində son günlərdə səsləndirdiyi fikirlər göstərilib.
Həmin verilişin görüntüləri məhkəməyə təqdim olunub. Partiya sədri efirdə bildirib ki, bu gün Azərbaycandan qastrola gedən müğənnilər arasında sərhəd bölgələrində Səfəvilər dövrünə aid şərqilər ifa edənlər var və bu tədbirlər şiə-sünni qarşıdurmasını qızışdırır: “Taleh Boradigahi də bu gün orada qastroldadır. Onlar Xameneinin artistləridir”.
