Dünya

Gürcüstan Ermənistanın 10 min çiçəyini geri qaytardı

Gürcüstan Ermənistandan iri həcmdə çiçək dəstəsi idxalına qadağa qoyub.

Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata görə, qərar zərərli həşəratlarla yoluxma səbəbindən verilib.

“Sadahlo” nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb. Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edildiyi üçün yükün idxalına icazə verilməyib və Ermənistana qaytarılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğandan İranın Zəngəzur təhdidlərinə sərt cavab: “Azərbaycanla tarixi ittifaqdayıq

redaktor

Milli Şura oyunu: Müxalifəti bir zərbə ilə silmək planı

redaktor

Gürcüstanda surroqat analığı tam qadağan etmək istəyirlər

admin