22.8 C
Bakı
10 İyun 2026 02:18
CəmiyyətGündəmİqtisadiyyat

Azercell geriyə addım atdı, “Aylıq” = 28 GÜN prinsipindən imtina etdi – Osman Gündüz

Bir neçə saat öncə Azercell yeni tarif siyasəti ilə bağlı növbəti açıqlamasını yayıb.

Dərhal diqqətimi cəlb etdi ki, internet xidmətlərini “Aylıq” adı altında 28 Gün olaraq təqdim etməsini dayandırıb. Əvvəlki açıqlamada olan ” Aylıq internet paketləri” əvəzinə yeni açıqlamasında “İnternet paketləri” qeyd olunub.

Lakin mətbuat üçün olan açıqlamasında əsassız olaraq dünyada belə praktika olduğunu da vurğulayıb. Yoxdur dünyada, qonşu ölkələrdə və Avropada belə hal. Paketlər X gün ola bilir, amma “Aylıq” adlandırılmır.

 

İstisna olaraq turistlər üçün ola bilir.

Bir az araşdıranda rast gəıldim ki, Hindistanın hansısa operatoru da belə edibmiş, onu da tənzimləyici qurumları dərhal dayandırıb.

Belə. Azercell -in ictimai qınaqlar qarşısında istehlakçılara qarşı olan, yumşaq desəm, sayğısızlığı və etinasızlığının aradan qaldırması təqdirəlayiqdir.

Ümid edirəm tarif siyasətini də müştəriyönümlü edəcək.

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

“Faciədən zəfərə” kitabına 1.2 milyon manat necə ayrıldı? VİDEO

admin

“Ünvanlı sosial yardım dayandırılsın, insanları ələbaxımlı öyrədə bilmərik”

redaktor

Vüsalə Əlizadə ikinci dəfə evlənir?

redaktor