Dünya

Azərbaycanda 7 bal gücündə zəlzələ olma ehtimalı var? – AÇIQLAMA

Son günlər ard-arda davam edən zəlzələrlə bağlı təşvişə ehtiyac yoxdur.

Tacxeber.com xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA nəzdində espublİka Seysmoloji Xİdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, 3 və 3-dən yuxarı maqnitudada təkanların olması ilə bağlı məlumatlar verilir, lakin xırda təkanlar da olur:

 

“Bu cür xırda təkanların olması enerji boşalmasıdır. Lakin təhlükəli, yəni maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur. Hiss edilən zəlzələlər ola bilər”.

Baş direktor əlavə edib ki, heç bir təşvişə ehtiyac yoxdur.

Xatırladaq ki, dünən yerli vaxtla 16:02-dəŞamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Bu gün səhər saatlarında Şamaxıda 3,2, Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Ruslar kimi satılmayın”: Kastronun Qərb haqqında tarixi xəbərdarlığı

redaktor

İranın Zəngəzur təhdidləri: hədəf Ermənistan, ya Azərbaycan və Türk dünyasıdır?

redaktor

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor