Dünya

İngiltərədən Abramoviçə qarşı məhkəmə iddiası: Əldə olunan gəlir Ukraynaya verilsin

Rusiya-Ukrayna müharibəsindən sonra rusiyalı iş adamı Roman Abramoviçin 2022-ci ildə “Çelsi”ni satmaq qərarından əldə etdiyi 2,5 milyard funt-sterlinq gəlir satışdan sonra İngiltərədəki bir bankda dondurulub.

Tacxeber.com xəbər verir ki, Böyük Britaniyanın da sanksiyalarına məruz qalan Abramoviç satışdan əldə edilən gəlirə daxil ola bilmir, lakin pulun hələ də qanuni olaraq ona məxsus olduğu məlumdur.

Abramoviçin satışdan əldə olunan gəlirin “Ukraynada müharibənin bütün qurbanlarına” yardım məqsədi ilə xeyriyyə fonduna veriləcəyini açıqlamasına baxmayaraq, Böyük Britaniya hökuməti gəlirin yalnız Ukraynaya humanitar yardıma verilməsini tələb edir.

Tacxeber.com

Oxşar xəbərlər

Fransanın Ermənistana verdiyi “Bastion” yararsızdır, Ukrayna da imtina edib

redaktor

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov axtarışa verildi

redaktor

Azərbaycanlı yük maşını sürücüsü İranın “Tramp marşrutu” ilə bağlı gömrük özbaşınalığından danışıb.

redaktor