İdman

“Mançester Yunayted”in kapitanı üçün 100 milyonluq təklif

“Mançester Yunayted”in əfsanəsi Pol Skoulz Bruno Fernandeşi satmağın tərəfdarıdır.

Tacxeber.com xəbər verir ki, o hesab edir ki, onun transferinə razılıq verməyə dəyər, çünki “Əl-Hilal”ın “Mançester Yunayted”in kapitanı üçün təklif etdiyi 100 milyon avro, şübhəsiz ki, çox puldur.

Üstəlik, keçmiş futbolçu əmindir ki, Fernandeş bütün bacarığına baxmayaraq, hazırda Ruben Amorimin baş məşqçisi olan klubun ümumi strategiyasından kənarda qalır.

 

“Onun üçün 100 milyon təklif edirlər! “Mançester Yunayted” burada “yox” deməməlidir.

Başa düşürəm ki, o, parlaq oynayıb, komandanı daşıyıb… Bəs o, harda, hansı mövqedə parlayır? O, on nömrədir, yoxsa müdafiəçi yarımmüdafiəçi? O, oyunun demək olar ki, heç bir vizyonuna uyğun gəlmir, çünki ona heç bir konkret mövqe təyin olunmur.

Bruno, təkrar edirəm, əladır, amma məni səhv başa düşməyin. Onun üçün 100 milyon təklif edəndə sən əlini sıxıb, təklif etdiklərini almalısan”.(Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldunu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

“Sabah” – “Barselona” oyununda azarkeş vəfat edib

admin