20 C
Bakı
10 Oktyabr 2026 00:33
Dünya

Maskın narkoman olduğu iddia olundu – Bu maddələri qəbul edir…

Amerikalı iş adamı, milyarder İlon Maskın narkoman olduğu iddia olunub.

Tacxeber.com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Məlumata görə, Mask əvvəl düşünüləndən də çox narkotik maddə istifadə edir. O, Trampın seçki kampaniyası dövründə daha aktiv şəkildə narkotik istifadə edib.

Hətta bu səbəblə 53 yaşlı milyarderin sağlamlıq problemləri yaşadığı bildirilir. Onun daha aqressiv olduğu, əhvalının tez-tez dəyişdiyi qeyd olunur.

 

Onun daha çox hansı narkotik maddələrə meyl etdiyi də açıqlanıb. İddialara görə, Mask ətrafındakılara çoxlu ketamin qəbul etdiyini deyib. Milyarder bəzən hər gün ketamin qəbul edir, onu digər narkotiklərlə qarışdırır. Özəl ziyafətlərdə isə ekstazi və psixotrop göbələklərdən istifadə edir.

Qeyd edək ki, Mask əvvəllər ketaminin həkimlər tərəfindən depressiya üçün təyin edildiyini deyib. O, qadağan olunmuş maddələrdən istifadə etdiyi barədə məlumatları isə təkzib edib.

Mask hazırda 387 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor

Putin Moskvada eniş edə bilmir

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor