21 C
Bakı
07 Oktyabr 2026 03:40
İqtisadiyyat

Trampın rüsum siyasəti dünya iqtisadiyyatına baha başa gəlir

Rüsumların artması ilə müşayiət olunan ticarət müharibələri artan xərclər və satışların azalması səbəbindən dünya şirkətlərinə 34 milyard dollardan çox ziyan vurub.

 

Tacxeber.com xəbər verir ki, bu qənaətə “Reuters” agentliyi korporativ hesabatların, normativ sənədlərin və mətbuat konfransı materiallarının hərtərəfli təhlili əsasında gəlib.

Tədqiqat göstərir ki, Donald Trampın tətbiq etdiyi idxal tarifləri ilə bağlı qeyri-müəyyənlik dünyanın ən böyük korporasiyalarında strateji qərarların qəbulu prosesini iflic etdiyi üçün vəziyyət daha da pisləşəcək.

 

Qeyd olunur ki, əksər şirkətlər hələ də öz itkilərinin miqyasını dəqiq qiymətləndirə bilmirlər. Mövcud məlumatlara görə, 42 korporasiya mənfəət proqnozlarını aşağıya doğru dəyişmək məcburiyyətində qalıb. “Apple”, “Ford”, “Porsche” və “Sony” kimi nəhənglər də daxil olmaqla, 16 böyük şirkət maliyyə proqnozlarını tamamilə geri götürüb və ya nəşrini qeyri-müəyyən müddətə təxirə salıb. Demək olar ki, bütün şirkətlər Tramp administrasiyasının gözlənilməz ticarət siyasətinin xərcləri və gəlirləri dəqiq planlaşdırmağı qeyri-mümkün etdiyi qənaətindədir.

Tacxeber.com

Oxşar xəbərlər

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor

Pul kütləsi niyə sürətlə artır? Hansı risklər var?

redaktor

ABŞ-dan Rusiyaya gözlənilməz zərbə…

admin