13 C
Bakı
28 Aprel 2026 05:37
CəmiyyətGündəmİdman

Özünə gələn Araz Musayev Adil Əliyevi ona hücumu təşkil etməkdə suçlayıb.

Dünən sui-qəsdə məruz qalan Azərbaycan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev özünə gəlib.

 

Tacxeber.com xəbər veriri ki, Araz Musayev Unikal.az-a açıqlama verərək Kinboksinq Federasiyasının rəhbərliyini, yəni Adil Əliyevi ona sui-qəsd təşkil etməkdə suçlayıb:

– Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular.

Musayev onu da deyib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.

 

Musayev onu da bildirib ki, ona beşbarmaqla üzündən, bıçaqla isə başından və bədənindən iki zərbə vurublar:

– Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Emin Əmrullayev dövrü Azərbaycan təhsilində qara bir ləkə kimi illər sonra da xatırlanacaq” – TƏHSİL EKSPERTİ

admin

Dünyanın ən böyük kruiz gəmisi Titanikdən 5 dəfə böyükdür – FOTO

admin

Sumqayıtda ana dörd uşağı ilə küçədə gecələyir? – VİDEO

redaktor