11 C
Bakı
29 Mart 2026 08:56
CəmiyyətGündəm

Bağçada döyülən uşağın atası danışdı:“Pul təklif etdilər”

“Hadisədən bir gün sonra evimə gəlib mənə 950 manat pul təklif ediblər”.

Tacxeber.com  xəbər verir ki, bunu Lənkəranda bağçada fiziki zorakılığa məruz qalan uşağın atası Fuad Hüseynov deyib.

 

“Gördüm ki, başında açıq yara var. Müəlliməsi ilə əlaqə saxladıq. Dedi ki, başqa bir uşaq karandaşla vurub. Amma karandaş izi deyildi. Kamera görüntülərini açmağı tələb etdik. Əvvəlcə çəkindilər, təkidlərimizdən sonra görüntüləri açdılar. Kameraya baxanda müəlliməsi dedi ki, “mən vurmuşam, səhv etmişəm”. İddia edirlər ki, guya mən onlardan pul tələb etmişəm. Amma yalandır. Özləri hadisədən bir gün sonra gəlib mənə pul təklif ediblər. Dedilər ki, uşağın aylıq ödənişlərini geri qaytarırlar. Sonra məlumat yaydılar ki, guya uşağı 10 ay pulsuz oxutdurmuşam”.

Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib. Hadisə ilə bağlı araşdırma aparılır.  (Cənublu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hava şəraiti dəyişəcək, temperatur 8 dərəcə enəcək XƏBƏRDARLIQ

redaktor

Gömrük limiti 300 dollardan 150 dollara endiriləcəkmi? – RƏSMİ AÇIQLAMA

admin

Tramp Putinin 2022-ci ildə etdiyini təkrarladı.

redaktor