22 C
Bakı
02 Sentyabr 2026 01:31
DünyaGündəmSiyasət

Tramp Putinin 2022-ci ildə etdiyini təkrarladı.

Hətta Rusiya Kiyevə hücum edəndə ABŞ-dan daha hazırlıqlı idi, böyük qüvvə yeridilmişdi. “Rosqvardiya”, desant və VDV kimi ordunun “qaymaq” hissələri helikopterlərlə birbaşa Kiyevə endirilmişdi.

Zelenski qaçmadı, güvəndiyi xalqın arasına qarışdı. Mülki insanlar silahdan istifadə etməyi bacarıb-bacarmadıqlarına baxmayaraq, orduya dəstək verdilər, əllərinə keçənlə silahlanıb həm dövlət başçısını qorudular, həm də işğalçıları geri oturtmağı bacardılar.

Maduro isə xalqa güvənmədiyindən yalnız əl çalanların, yaltaqların və inək satıb polisə düzələnlərin arxasında gizləndi.

“Delta Force”un bir alayı helikopterlə gəlib, onu əli ilə qoymuş kimi asanlıqla həbs edib apardı. Güvəndiyi heç kəs onu qorumadı, helikopterə bir atəş açan olmadı. Nə bir qırğın yaşandı, nə də ciddi bir döyüş. Çörək pulu xatirinə orduya və polisə düzələnlər, diktator uğrunda ölməyi gözə almadılar.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski aviaşirkətlərə xəbərdarlıq etdi: Rusiya səmasında təhlükəsiz zonalar yoxdur

redaktor

Putin: “Ukrayna danışıqları dondurulub, amma ABŞ ilə əlaqələr davam edir”

redaktor

Bişkek görüşü və İran mediasında iki fərqli Azərbaycan xətti

redaktor