20 C
Bakı
20 Oktyabr 2026 19:46
Cəmiyyət

“Şəki” restoranı görün neçəyə satılıb – FANTASTİK MƏBLƏĞ

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.

 

Bildirilir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.

 

“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

 

Qeyd edək ki, “Şəki” restoranı Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası səbəbindən sökülüb.

 

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti – “Şuşa” restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir.

Tacxeber.com

Oxşar xəbərlər

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq

redaktor