24 C
Bakı
16 İyun 2025 17:40
Cəmiyyət

Dilçilik İnstitutunun direktoru: “Tak çto”…

Dilin öz normaları, öz qaydaları var və Orfoqrafiya lüğəti də bu qaydalar əsasında hazırlanır.

Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli akademik Nizami Cəfərovun fikirlərinə münasibət bildirərkən deyib.

Nadir Məmmədlinin sözlərinə görə, Nizami Cəfərov təklif etdiyi sözlərin Orfoqrafiya lüğətinə salınmasını nəzərdə tutmayıb:

“Ola bilsin ki, onun fikirləri təhrif edilib, kontekstdən çıxarılıb, bəlkə də akademik həmin sözlər üçün ayrı bir lüğətin yaradılmasını təklif edib. Biz də bu təkliflə razılaşıb, Nizami Cəfərovla həmin lüğətin tətbiqində əməkdaşlıq edə bilərik. Hazırda yeni Orfoqrafiya lüğəti hazırlanır. Ancaq həmin sözlərin lüğətə əlavə edilməsi qeyri-mümkündür”.

Xatırladaq ki, akademik Nizami Cəfərov mediaya açıqlamasında deyib ki, “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri lüğətimizə daxil etməliyik.

Tacxeber.com

Oxşar xəbərlər

Vazelin haqda bunları bilirdiz? – “Yay aylarında…”

redaktor

İtaliyada ‘DeepSeek’ neyron şəbəkəsi ilə bağlı araşdırma başlanıb.

admin

Sevənləri Hacı Şahini gecə də tək qoymadılar – VİDEO

redaktor