22 C
Bakı
16 İyun 2025 17:13
CəmiyyətHadisə

Onu döyüb öldürüblər, hadisədən bir gün əvvəl… – Elgünün anası

Gəncədə döyülərək öldürülməsi iddia olunan Elgün İbrahimovun anası Fizzə Zeynalova oğlunun ölüm işi ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.

 

Tacxeber.com xəbər verir ki, o, Teleqrafa-a çıqlamasında hazırda ekspertizanın nəticələrinin gözlənildiyini və prokurorluğun işi ciddi şəkildə araşdırdığını bildirib.

 

F.Zeynalova bütün versiyaların nəzərdən keçirildiyini və prokurorluq işçilərindən narazı olmadığını qeyd edib.

Eyni zamanda, o, sosial şəbəkələrdə yayılan Elgün İbrahimovun intihar etdiyi ilə bağlı xəbərlərin yalan olduğunu vurğulayıb.

 

“Mənim oğlumun intihar edə biləcəyi ilə bağlı xəbərlər əsassızdır. Hadisədən bir gün əvvəl o, son zəngə hazırlıqlar görürdü, rəqsə getmək niyyətində idi. Hər hansı bir problemi olsa, mənimlə bölüşərdi. Yayılan görüntülərə yəqin ki, baxmısınız. Onu döyüb öldürüblər”, – F.Zeynalova bildirib.

 

Xatırladaq ki, Elgün İbrahimov bir neçə gün əvvəl Azərbaycan Texnologiya Universitetinin istifadə edilməyən yataqxanasının önündə tapılıb. Onun iniltili səsini yaxınlıqda olan peşə məktəbinin gözətçisi eşidib və hadisə yerinə gələn hüquq mühafizə orqanları onu xəstəxanaya çatdırıblar.

 

Lakin o, ertəsi gün vəfat edib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda pilot qəfil dünyasını dəyişdi

redaktor

Daha bir məktəbdə rüşvət qalmaqalı – “Məcburuq, direktorun ad günüdür…” – SƏS YAZISI

redaktor

“Kişilərin əvvəlki gücü qalmayıb” – Samirə

redaktor