DünyaSiyasət

Tramp Qətərlə 1,2 trilyon dollarlıq razılaşmalar imzalayıb

ABŞ Prezidenti Donald Tramp Qətərdə 1,2 trilyon dollar dəyərində olduğu bildirilən razılaşmalar imzalayıb.

 

Ağ Evin məlumatına görə, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə imzalanan razılaşmalar ABŞ və Qətər arasında 1,2 trilyon dollarlıq iqtisadi mübadilə yaradacaq.

Bu anlaşmalardan birinə görə, Qətər ABŞ şirkəti olan “Boeing”dən 96 milyard dollar dəyərində 210 təyyarə alacaq.

Digər razılaşmalara Qətərin “Raytheon” kimi ABŞ müdafiə sənayesi şirkətlərindən pilotsuz uçan aparat və başqa texnologiyaların alınması, həmçinin ABŞ-ın enerji sektoruna yatırımlar daxildir.

 

Tramp Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanından sonra iki günlük Qətərə gedib. O, Qətərə rəsmi səfər edən ilk ABŞ Prezidenti kimi tarixə düşüb.

Trampın avtomobil karvanını  paytaxt Dohada dəvələr, atlar və qırmızı “Cybertruck”lar müşayiət edib. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor