25 C
Bakı
10 Avqust 2025 22:26
Dünya

Putin İstanbula GETMƏYƏCƏK – Nümayəndə heyətinin tərkibi təsdiqləndi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün İstanbula yola düşəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

 

Nümayəndə heyətinin tərkibində isə Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, Müdafiə Nazirinin müavini Aleksandr Fomin yer alıb.

 

Bundan başqa, Ukrayna ilə danışıqlar üçün təyin edilən ekspertlərin tərkibi aşağıdakı kimidir:

 

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Aleksandr Zorin, Rusiya Prezidenti Administrasiyası rəhbərinin humanitar sahədə dövlət siyasəti üzrə müavini Podobreevskaya E.S., Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Polisçuk A.A., Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini Şevtsov V.İ.

 

Qeyd edək ki, görüşün mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ Senatı Ukraynasız İsrailə yardım haqqında qanun layihəsini rədd edib” – “Reuters”

admin

Ermənilər indi də bayrağımızı cırdılar – FOT

redaktor

Papanın dəfn mərasimində geyim qaydalarını kim pozub? – İTTİHAM

redaktor