Cəmiyyət

İmişlidə SSRİ bayrağı qaldıran şəxs danışdı: “Bunun nəyi pisdir ki?”

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

 

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

 

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.

 

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

 

O bildirib ki, burada heç bir pis şey yoxdur.

 

“Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, –  Saleh Səmədov qeyd edib.

 

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: “İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz”.

Tacxeber.com

Oxşar xəbərlər

Nazir peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif etdi

redaktor

Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektor qalmaqalı: bir evin səhvi, yüzlərlə insanın əziyyəti

redaktor

Etibar Pirverdiyev 93 minlik saatdan danışdı

redaktor