Dünya

ABŞ-dan Putinin təklifinə cavab: Əvvəlcə 30 günlük atəşkəs..

Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara başlamazdan əvvəl 30 günlük atəşkəs əldə edilməlidir.

 

Tacxeber.comxəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

 

“Əvvəlcə 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid olmalıdır, əksinə deyil”, – Kelloq bildirib.

 

Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib. (Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor