25 C
Bakı
20 Avqust 2026 05:45
Cəmiyyət

Rusiya vətəndaşlığından məhrum edilən azərbaycanlı milyonçu bloqer “Subo”nun hesabları donduruldu

Rusiya Federal Vergi Xidməti azərbaycanəsilli milyonçu bloqer və müğənni “Subo”nun (əsl adı Sübhan Məmmədov) bank hesablarını dondurub.

 

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.

 

Məlumata görə, vergi orqanları hazırda Yaxın Şərqdə yaşayan inflüenserin üç bankdakı hesablarını dondurub. Digər detallar məlum deyil.

 

Xatırladaq ki, 2025-ci ilin fevralında Sübhan Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib və prankları (zarafatlar) səbəbindən 70 il ölkəyə girişi qadağan edilib. KİV-in məlumatına görə, bloqer sənədləri təqdim edərkən özü haqqında yalan məlumat verib. O, həmçinin sosial şəbəkələrdə polis əməkdaşlarının geyimində videolar yerləşdirib və Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata çəkməyə çalışıb.

 

Qeyd edək ki, Sübhan Məmmədov Moskvada anadan olub, “Instagram” və “YouTube”da yayımladığı pranklar sayəsində internetdə məşhurlaşıb. O, həmçinin DMZ, “Sən bil” kimi bir neçə trek də buraxıb. Eyni zamanda, avtomobil mövzularına həsr olunmuş videolar yerləşdirib. O özünün sosial şəbəkə hesablarında dəbdəbəli həyat tərzini nümayiş etdirib. KİV hesab edir ki, “Subo” hazırda BƏƏ-də yaşayır.

Oxşar xəbərlər

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor

İnflyasiya ən çox kasıbı sıxacaq: 5,7%-lik artım kimlərə təsir edəcək?

redaktor

Xalq belə olmur, kütlə belə olur! Azərbaycan insanı haçan öz taleyinə sahib çıxacaq?

redaktor