19 C
Bakı
08 Oktyabr 2026 03:56
DünyaHadisə

CHP sədri Özgür Özələ hücum edən kimdir?

CHP lideri Özgür Özəl hücum edən 66 yaşlı Qaziantep sakini Səlcuq Təngioğlu ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.

 

Türkiyə mətbuatında dərc olunan məlumata görə, o, heç bir siyasi partiyanın üzvü deyil. Bununla belə, Təngioğlunun sosial media hesablarında vaxtaşırı radikal və təxribat xarakterli məzmunlara yer verdiyi, siyasi yazılar paylaşdığı müəyyən edilib.

İstanbul Polis İdarəsindən əldə edilən məlumata görə, sözügedən şəxs 2004-cü ildə Hatayın İskenderun rayonunda Barış (19) və Mutlu (17) adlı iki oğlunu güllələyərək qətlə yetirib. Bildirilir ki, həmin ailə faciəsi zamanı o, daha bir övladına odlu silahla xəsarət yetirib. Hadisədən sonra bir müddət həbsdə qalan Təngioğlunun daha sonra sərbəst buraxıldığı ortaya çıxıb.

 

Türkiyə ictimaiyyəti hazırda daha əvvəl qanlı cinayətlər törətmiş sözügedən şəxsin necə azadlıqda olmasını araşdırır. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor