22.8 C
Bakı
10 İyun 2026 00:57
Cəmiyyət

Ağadadaşın balta atdığı mühafizəçi qatarda əxlaqsız hərəkət etdiyi üçün həbs olunubmuş

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub.

 

Tacxeber.com Musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib.

 

Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub.

 

Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişin xanımlardan birinə qarşı əxlaqsız hərəkət edib. Xanım buna etiraz edərək yerini dəyişib. Bu zaman qatarda olan şəxslər də hadisədən xəbər tutublar və narazılıq yaranıb. Ərazidə olan polis əməkdaşı hadisəyə müdaxilə edib.

 

Cəlilov xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinib.

 

Xatırladaq ki, “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Məcnun Məmmədov: “Azad olunmuş ərazilərdə selləmə suvarma qadağan ediləcək”

redaktor

Trampın Ukrayna planı: Putin razılıq verəcəkmi?

admin

Nərimanovdakı parkinq qanunsuz imiş – RƏSMİ AÇIQLAMA

redaktor