DünyaMuharibə

Zelenski 9 May paradında iştirak edəcək liderlərə xəbərdarlıq edir.

Ukrayna Prezidenti Volodimir Zelenski 9 Mayda Moskvada keçiriləcək hərbi paradla bağlı diqqətçəkən açıqlama verib.

 

Zelenski xarici ölkə nümayəndələrinin bu tədbirdə iştirakının təhlükəsizliyi ilə bağlı məsuliyyətin Ukraynanın üzərində olmadığını bildirib.

“Ukrayna digər ölkələrin nümayəndələrinin 9 May paradı üçün Moskvaya planlaşdırılan səfərləri zamanı onların təhlükəsizliyinə zəmanət verə bilməz. Çünki Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Ukrayna isə Rusiya ərazisində baş verənlərə görə məsuliyyət daşımır”, – deyə Zelenski bəyan edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

D. Tramp Azərbaycanın adını Albaniya adlandırdı.

admin

Tramp Medvedevi hədələdi: “Ona deyin ki, sözlərinə diqqət etsin”

redaktor

Makron Rusiya neftinin ixracına qarşı radikal tədbirlər təklif edib

redaktor