19 C
Bakı
08 Oktyabr 2026 03:53
Dünya

Donald Tramp Kamala Harrisin ərini işdən çıxarıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Holokost Memorial Muzeyinin şura üzvü vəzifəsində olan keçmiş vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoffun işdən çıxarılması barədə qərar qəbul edib.

 

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Emhoff “The Hill” qəzetinə müsahibəsində bildirib.

 

“Bu gün mənə Holokost Memorial Muzeyinin şurasından çıxarıldığım barədə məlumat verilib”, – deyə o bildirib.

 

İşdən çıxarılmasına baxmayaraq, o, ictimaiyyətə bu istiqamətdə işini başqa formatlarda davam etdirəcəyini deyib.

 

Ağ Evin nümayəndəsi nəşrə təsdiq edib ki, Tramp administrasiyası həqiqətən də muzey şurasının bir neçə üzvünü işdən çıxarıb və artıq boşalan vəzifələr üçün potensial yeni namizədlərlə müsahibələr keçirilir.

 

O da qeyd olunur ki, kadr dəyişiklikləri təkcə Emhoffa aid deyil. Şuranı, həmçinin keçmiş prezident Co Baydenin administrasiyasının bir neçə əsas fiquru – Ağ Ev aparatının sabiq rəhbəri Ronald Klayn, keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays və ABŞ-nin birinci xanımının köməkçisi olmuş Entoni Bernal tərk edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor