24 C
Bakı
18 Avqust 2026 00:06
Cəmiyyət

Azərbaycanda milyonlarla borcu olan 2 şirkət bağlandı

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub.

Tacxeber.com xəbər verir ki, bunlar “ALTİS” və “KOMETA-A” şirkətləridir. Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.

 

Məlumat üçün bildirək ki, “ALTİS” şirkətinin hazırda 3 517 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.

 

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.

 

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğludur.

 

2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur. (İqtisadiyyat.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor

Müasir dünyada inkişafı şərtləndirən birinci amil təhsildir

redaktor