25.7 C
Bakı
13 İyun 2026 22:17
Cəmiyyət

Bakıdakı sürücü gündəm oldu – VİDEO

Bakıda bir yanacaqdoldurma məntəqəsindən çıxan avtomobilin sürücüsü, şlanqı (benzin doldurulmuş nasos boru) çıxarmağı unudub.

 

Tacxeber.com Milli.Az-a istinadən xəbər verir ki, bu hadisə sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilər tərəfindən geniş müzakirə olunub.

 

Videoda, yanacaqdoldurma məntəqəsindən çıxan avtomobilin əslində benzin şlantını maşının arxasında çəkərək uzaqlaşdığı görülür. Sürücünün yanacaq doldurma prosesini tamamlamadan hərəkətə başlaması, ciddi təhlükə yarada biləcək bir vəziyyətdir.

 

Hadisədən sonra yanacaqdoldurma məntəqəsi işçiləri dərhal reaksiya verərək şlantı sürücüdən geri alıb.

 

Xoşbəxtlikdən hadısə zamanı heç bir qəza baş verməyib.

 

Bu tip halların qarşısını almaq üçün mütəxəssislər, sürücülərin yanacaq doldurduqdan sonra şlantı tam çıxardıqlarına və düzgün şəkildə yerinə qoyduqlarına əmin olmalarını tövsiyə edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Kəramət Böyükçölün hakimiyyəti öyən məqaləsi aranı qatdı – AXCP ilə yazıçı arasında gərginlik

admin

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

redaktor

Rəşad İsmayılov bizi Qarabağda işlədib maaşımızı vermir: “RİCON” MMC-nin işçilərindən şikayət

redaktor