26 C
Bakı
18 Avqust 2026 11:16
Cəmiyyət

AYNA-nın “TikTok” paylaşımındakı mahnı etiraza SƏBƏB OLDU: Əxlaqsızlığı və narkotiki təbliğ edir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son paylaşımı sosial şəbəkədə qınaq obyektinə çevrilib.

 

Oxu.Az xəbər verir ki, qurum “TikTok” trendinə qoşulmaq üçün britaniyalı müğənni Raye və amerikalı rep ifaçısı 070 Shake-in ifa etdiyi “Escapism” mahnısının “radio edit” versiyasından istifadə edib.

 

Lakin istifadəçilər bildiriblər ki, mahnının orijinal sözləri kifayət qədər vulqardır. Mahnının sözləri əxlaqsızlığı təşviq edir, həmçinin narkotik təbliğatı aparır. Bu, AYNA kimi rəsmi bir quruma yaraşmır.

 

Bəzi istifadəçilər isə daha sərt reaksiya verərək qeyd ediblər ki, AYNA reklam naminə ucuz effekt dalınca qaçmaq əvəzinə, əsas vəzifəsinə – cəmiyyətin real problemlərini gündəmə gətirməyə vaxt ayırmalı idi.

Həmin paylaşımı təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Ailəsi Ələsgər Məmmədlinin həbsdə qida zəhərlənməsi keçirdiyini bildirir

admin

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor