23.7 C
Bakı
29 İyun 2026 01:46
CəmiyyətGündəm

AXCP və Milli Şura mitinq keçirməyi planlaşdırır.

 

Mitinqin “Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq!” tələbilə keçirilməsi istənilir.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura “Siyasi məhbuslara azadlıq!” tələbi ilə mitinq keçirməyi planlaşdırır.

Bu barədə məlumatı AXCP sədri Əli Kərimli verib.

Bildirib ki, “Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq!” tələbilə keçiriləcək mitinqlə əlaqədar AXCP-də və Milli Şura strukturlarında müzakirələr başa çatmaq üzrədir.

 

Azərbaycanda sonuncu dəfə mitinq 2019-cu ilin yanvarın 19-da keçirilib.

Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Bu vətən bizimdir”, “Biz qalib gələcəyik” və başqa şüarlar səsləndiriblər.

Azərbaycanda müxalifət 6 ilə yaxındır kütləvi mitinqlər təşkil edə bilmir. Azərbaycan Xalq Cəbhəsi Partiyası dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, hər dəfə də “yox” cavabı alıb. Mitinqlərin keçirilməsi məqbul hesab olunmayıb. (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Hakerlər 415 milyon dollar OĞURLADI

admin

Sevinc və kədər ili: Azərbaycanın tarix yazması, günlərlə danışılan rezonans olaylar – 2023 belə oldu

redaktor

Putin Ukrayna ilə bağlı danışıqlar üçün “uyğun yer”in hara olduğunu bildirdi.

admin