22.8 C
Bakı
10 İyun 2026 00:33
CəmiyyətHadisə

“Venesiya” şadlıq sarayında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Müğənnilər də XƏSTƏXANAYA YERLƏŞDİRİLDİLƏR

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Tacxeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən “Venesiya” şadlıq sarayında qeydə alınıb.

 

Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.

 

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb qida məhsulları olub.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Deputat təhsil sistemini yıxdı-sürüdü: “Aqronomu müdir qoyublar”

admin

Bakıda qızılcaya görə heç bir məktəb bağlanmayıb – RƏSMİ

admin

Səhiyyə Nazirliyi plastik cərrahlara yenidən ÇAĞIRIŞ ETDİ – SƏNƏDLƏRİNİZİ TƏQDİM ETMƏSƏNİZ SİZİ…

redaktor