28 C
Bakı
14 Avqust 2026 11:47
Dünya

Tramp bizə silah satacaq, çünki… – Podolyak

Donald Trampın son bəyanatlarına baxmayaraq, ABŞ Kiyevə silah satmağa razı olacaq.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

 

“Ukrayna prezidenti ABŞ-a üz tutur, sırf praqmatik olaraq deyir ki, gəlin sizdən silah alaq. Respublikaçılar Partiyasına donor olan silah istehsalçıları üçün Ukraynanın Rusiyaya qarşı müharibədə iştirakı açıq-aydın müsbətdir, çünki bu, həmin şirkətlərin gəlirliliyini artırır, onların qlobal bazardakı payını və bu şirkətlərin təsirini çoxaldır”, – o bildirib.

 

Podolyakın fikrincə, Ukraynaya kommersiya silahı satmaqdan imtina etmək qeyri-praqmatik qərar olardı. Məhz buna görə də Tramp bu cür tədarükləri dayandırmayacaq.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor

“Məkkə sazişi” və Azərbaycan – Bakı yeni bloka qoşulmalıdırmı?

redaktor