İdman

“Haqqımda çox danışıldı, amma heç vaxt hörmətimi itirmədim” – Mahir Emreli

“Haqqımda çox danışıldı, çox şey yazıldı. O cümlədən yalan xəbərlər də. Amma mən səssiz və səbirli şəkildə öz üzərimdə çalışdım”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “Nürnberq”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli İnstaqram hesabındakı paylaşımında yazıb.

 

27 yaşlı futolçu ötən gün 2-ci Bundesliqanın 29-cu turunda “Kayzerslautern”lə oyunda (2:1) baxımlı qol vuraraq komandasının qələbəsindən böyük pay sahibi olub.

 

“Nürnberq”də son qolunu ötən ilin noyabrında vuran Emreli çox tənqid olunması ilə bağlı fikirlərini bölüşüb:

“Heç vaxt hörmətimi itirmədim. Və bu gün nəyin uğrunda mübarizə apardığımı göstərdim. Bu məqsəd üç xaldan daha böyükdür. Bu, mənə inanan hər kəs üçündür. Komanda yoldaşlarım, məşqçilərim və xüsusilə siz, azarkeşlərə inanılmaz dəstəyiniz üçün təşəkkür edirəm. Gələn oyunda görüşərik”.

 

Qeyd edək ki, M.Mereli bu mövsüm “Nürnberq”də ümumilikdə 20 oyuna 5 qol vurub, 1 qol ötürməsi edib. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin