22 C
Bakı
09 Oktyabr 2026 19:40
CəmiyyətHadisə

Bakıda 4 gün komada qalan hamilə qadın doğdu.

4 gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib.

 

Bu barədə KTM-dən məlumat verilib.

 

Məlumata görə, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.

 

4 gün həmin şöbədə komada qalan hamilə pasiyent şöbə müdiri Gülnar Süleymanova və digər həkimlərin uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb.

 

Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb.

 

07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib.

 

Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib.

Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin