27 C
Bakı
17 Avqust 2026 16:18
DünyaHadisəŞou

Durov və Hüseyn Dubayda bir arada – Foto

Durov və Hüseyn Dubayda bir arada - Foto

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Huseyn Həsənov teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovla bir araya gəlib.

 

Onlar Dubayda görüşüblər. Hüseyn milyaderlə idman zalında görüşüb. Onların birlikdə fotosunu Natali adlı xanım çəkib və instaqram hesabında yayımlayıb. Hüseyn də sözügedn şəkli izləyiciləri ilə bölüşüb.

 

Qeyd edək ki, Pavel Durov ötən il avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Ona qarşı qanunsuz əməliyyatlar aparmaq məqsədi ilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürülüb. Durov 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.

 

P.Durov Fransada həbs olunmazdan əvvəl Bakıda qonaq olub. O paytaxtımızda olarkən həm Hüseyn Həsənovla, həm də Xalq artisti Emin Ağalarovla bir araya gəlib. (Axsam.az)

 

Oxşar xəbərlər

Xəzərin adını dəyişməklə tarixini dəyişmək olmaz!

redaktor

Tramp Cənubi Koreyadan İranla müharibədə kömək etməkdən imtina etdiyinə görə qisas alır

redaktor

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin